Paşinyan “yenidən özünü Rusiyanın qucağına atmaq qərarına gəlib”

Oxunma sayı: 76

Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Koçəryanı tənqid edərək onları “yarı ölü” adlandırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə o, Facebook səhifəsində yazıb.

Keçmiş prezidentlər arasında Nikol Paşinyanı 2018-ci ildə hakimiyyətə kimin gətirməsi ilə bağlı ictimai mübahisəyə o, belə cavab verib.

“İki yarı ölü sima ətrafı ilə məni hakimiyyətə kimin gətirdiyi barədə mübahisə edir, bir-birindən həqiqəti söyləməyi tələb edir. Mənə deyin, bu seçki saxtakarlarını və qəsbkarları hakimiyyətə kim gətirdi?..”, – Paşinyan yazıb.

Ermənistanın baş naziri qeyd edib ki, Ermənistanın keçmiş prezidentləri respublikanın “mövcudluğunu dayandırması və parçalanması” üçün hər şeyi etmək istəyirlər. Əvvəllər Köçəryan və Sarkisyan indi ləğv edilmiş Dağlıq Qarabağ Respublikasının rəhbərliyində həmkar olublar. İndi onlar Paşinyana qarşı müxalifətdədirlər.

Martın 6-da Nikol Paşinyanın hökumətə Rusiya ilə münasibətləri intensivləşdirməyi tapşırdığı xəbəri yayılıb. “Hraparak” nəşri Ermənistanın baş nazirinə yaxın mənbələrə istinadən yazıb ki, o, “yenidən özünü Rusiyanın qucağına atmaq qərarına gəlib”.

ELBAR

Xəbəri paylaş

22 Aprel