Əsas məzmuna keç

PESKOV ERMƏNİSTAN TƏHLÜKƏSİZLİK ŞURASI KATİBİNİN SÖZLƏRİNİ TƏXRİBAT ADLANDIRIB

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiya Federasiyasının guya İrəvanı İttifaq dövlətinə qoşulmağa məcbur etməsi ilə bağlı sözlərini təxribat adlandırıb.

Bundan başqa, Qriqoryan əvvəllər bəyan edib ki, Moskva guya Laçın dəhlizi məsələsində İrəvana təzyiq edir.

Kremlin rəsmi nümayəndəsi belə bəyanatların həqiqətə uyğun olmadığını bildirib.

Peskov Yerevanın News.am portalına deyib: “Rusiya rəsmilərindən heç biri bunu deməyib və heç kim vasitəsilə erməni tərəfinin diqqətinə çatdırmayıb”.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…