Peskov: Rusiya ilə ABŞ arasında əməkdaşlıq sahəsində sürətli nəticələr gözləmək lazım deyil

Oxunma sayı: 67

Rusiya və ABŞ arasında əməkdaşlıq üçün mümkün mövzuların çeşidini indi qeyd etmək lazımdır, lakin sürətli nəticə gözləmək lazım deyil.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalında yayımlanan “Moskva Putin” verilişinə verdiyi şərhdə bildirib.

Nadir torpaq metalları üzrə mümkün əməkdaşlıqla bağlı sualı cavablandıran Kreml nümayəndəsi Amerika tərəfinin mövqeyinə işarə edərək, “əvvəlcə Ukrayna ətrafında məsələnin həlli, sonra isə iqtisadiyyat” olduğunu qeyd edib.

“Mənə elə gəlir ki, bəli, hətta indi də əməkdaşlıq üçün mümkün mövzuların spektrini qeyd etmək lazımdır, lakin biz bu sahədə hələlik sürətli nəticə gözləyə bilmərik”, – Peskov bildirib.

ELBAR

Xəbəri paylaş

21 Aprel