(“Qısa qeydlər” silsiləsindən)
…Məlum olduğu kimi, Qırğızıstanda dünya miqyaslı beynəlxalq tədbir – VI Dünya Köçəri Oyunları (VI World Nomad Games) keçirilmişdir. Bu mötəbər qlobal idman və mədəniyyət festivalı 31 avqust – 6 sentyabr 2026-cı il tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində (açılış mərasimi) və İssık-Kul gölü ətrafında (Çolpon-Ata və Qırçın dərəsi) təşkil edilmişdir. Tədbirdə dünyanın 90 ölkəsindən gələn nümayəndə heyətləri və idmançılar iştirak edib.
Qardaş ölkədə keçirilən möhtəşəm tədbirə gələn İran Prezidenti Məsud Pezişikyanın maraqlı jesti yaddaqalan olmuşdur. Qəbul olunmuş qaydalara görə, İran Prezidentini Bişkəkin “Manas” təyyarə limanında rəsmi nümayəndələrlə birlikdə qırğız uşaqları da qarşılamışdır. Məktəbli uşaqlar İran Prezidentinə Köçəri Oyunlarının simvolu olan Qar qaplan oyuncağını bağışlamışlar. Hədiyyədən mütəəssir olan Prezident hər uşağa bir konvert vermişdir. Uşaqlar və rəsmi nümayəndələr özlərini itirmişlər…
Sonradan uşaqlar konverti açmış və mat qalmışlar… Bəli İran Prezidenti öz şəxsi vəsaitindən hər qırğız uşağa 100 avro bağışlamışdır. Prezidenntin bu hədiyyəsi sosial şəbəkələrdə böyük səs-küyə səbəb olmuş, 10 milyondan çox baxış yığmışdır. Deyirlər, hətta Rusiya lideri Vladimir Putin mat qalmışdır…
İran Prezidenti isə, yeni bir ənənənin əsasını qoymuşdur. Böyük adamın hədiyyəsi də böyük olur…
Qalib ARİF







