Əsas məzmuna keç

Polad müəllim məndən soruşdu ki…

…Polad Bülbüloğlundan söz düşmüşkən, keçən ilin yanvar ayında onun qəbulunda oldum.
Milli Məclisin Mədəniyyət komitəsinin sədridir axı. Növbəm lap sondaydı. Mən otağa daxil olanda qapıdan çıxmaq üzrəydi, bir az əsəbi halda gedib oturdu. AYB üzvü olduğumu, həm ingilis dilindən Azərbaycan dilinə, həm də Azərbaycan dilindən inglis dilinə çoxlu kitablar tərcümə etdiyimi bildirdim, dedim ki, heç bir fəxri adım yoxdur, dövlət əməyimi qiymətləndirməyib. Başını yuxarəı qaldırıb üzümə baxdı, sual verdi:
-AYB-dən nə qədər maaş alırsınız?
Təəccübləndim. Yəni Mədəniyyət Komitəsinin sədri olan bir insan ən adı şeyi bilmir?
-AYB üzvlərinə maaş vermirlər,-dedim.
Hiss etdim ki, sözümə inanmadı.
Tərcümə etdiyim kitabların siyahısını ona verdim. Gözlərinə yaxınlaşdırsa da oxuya bilmədi. Mən insanın pensiya yaşına çatan kimi işdən çıxarılmasının əleyhinəyəm. Amma insanın sağlamlığı imkan vermirsə özü işdən uzaqlaşmalıdır. Onun yerində 40-50 yaşlı insan olsaydı heç siyahını print etdirib ona verməyimə ehtiyac olmazdı, internetdə axtarış edib özü tərcümələrimlə maraqlanardı.
Bu yaşda insan Mədəniyyət Komitəsinin sədri kimi ağır bir işin öhdəsindən gələrmi?
Sevil GÜLTƏN
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…