Polşa Ukrayna üçün 5000 Starlink terminalı alacaq

Oxunma sayı: 95

Polşa Ukrayna üçün Amerikanın Space X şirkətindən əlavə olaraq 5000 Starlink peyk rabitə terminalı alacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin rəqəmsallaşma naziri Kşiştof Qavkovski Radio Zet-in efirində bildirib.

“Biz daha 5000 Starlink terminalının alınması prosesindəyik”, – o deyib.

Onun sözlərinə görə, Varşava bu terminallardan 30 minə yaxınını artıq çatdırıb. Nazir əlavə edib ki, onların saxlanılması üçün illik xərclər Polşaya 200 milyon dollara başa gəlib.

Ukraynada Starlink terminallarının mümkün bağlanması ilə bağlı spekulyasiyalar Space X-in sahibi İlon Maskla Polşanın xarici işlər naziri Radoslav Sikorski arasında X-də mübahisə mövzusuna çevrilib. Mask Ukraynadakı Starlink terminallarına istinad edərək, “əgər rabitəni kəssə, cəbhə xəttinin çökəcəyini” vurğulayıb. Buna cavab olaraq Sikorski Kiyev üçün başqa rabitə xidməti provayderi tapacağı ilə hədələyib. Öz növbəsində, ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Ukraynanı Starlink-dən ayırmaq niyyətində deyil. Mask Sikorskinin sərt sözlərinə cavab olaraq onu “kiçik adam” və “Sorosun kuklası” adlandırıb.

ELBAR

Xəbəri paylaş

30 Aprel