Əsas məzmuna keç

POLŞA UKRAYNANIN YÜK MAŞINLARI ÜÇÜN GİRİŞ VƏ ÇIXIŞA MƏHDUDİYYƏTLƏR TƏTBİQ EDİB

Ukrayna Dövlət Gömrük Xidməti beynəlxalq yükdaşımaları üçün icazəsi olmayan ukraynalı yük maşınlarının ölkəyə giriş və çıxışına Polşanın məhdudiyyətləri barədə məlumat yayıb.

“1 iyul 2024-cü il saat 00:00-dan etibarən Polşa tərəfi keçid məntəqələrində beynəlxalq yük daşımaları üçün icazəsi və ya ECMT kitabı olmayan Ukrayna yük avtomobillərinin Polşa Respublikasına giriş və çıxışını dayandırıb”, – departamentin Telegram kanalındakı məlumatda deyilir.

Məlumatda Varşavanın qərarının səbəbi göstərilməyib. Ukrayna sərhədinin digər hissələrində keçid məntəqələri əvvəlki qaydada işləyir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın