Əsas məzmuna keç

PREZİDENT İLHAM ƏLİYEV YUN SOK YOLA BAŞSAĞLIĞI VERİB

President İlham Əliyev Koreya Respublikasının Prezidenti Yun Sok Yola başsağlığı verib.

Başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Seul şəhərində yaranmış izdiham nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Koreya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

TEZADLAR.AZ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…