Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Prezident Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Rəyasət Heyətinin Rabitə Müdirliyindən verilən açıqlamaya görə, görüşdə Rusiya-Ukrayna müharibəsindəki son hadisələr müzakirə edilib.
Görüş zamanı prezident Ərdoğan diplomatik həll vizyonunun hər şəraitdə canlı tutulması lazım olduğunu ifadə edərək, danışıqlar yolu ilə müharibənin sona çatması üçün hər cür töhfə verməyə hazır olduqlarını bildirib.
Prezident Ərdoğan Bartında baş verən mədən partlayışı ilə bağlı başsağlığı mesajına görə Ukrayna Prezidenti Zelenskiyə təşəkkür edib.
E.ŞİRİNOV