Əsas məzmuna keç

Primorsk diyarına böcək hücumu

Primorsk diyarında görünməmiş böcək hücumu baş verir. Həşərat dəstələri sözün əsl mənasında kənd sakinlərinin pəncərələrini örtür və xallı böcəklər hətta evlərin içərisinə də axışır.

Tezadlar.az xəbər verir ki, mütəxəssislər bu fenomeni bölgədə kəskin soyuqların baş verməsi ilə əlaqələndirirlər. Böcəklər qışlamaq üçün isti və rahat yerlər axtarırlar.

Lakin böcəklərin evlərdə yumurta qoyması barədə narahat olmağa ehtiyac yoxdur. Alimlər izah edirlər ki, bu böcəklər yalnız yaz və yayda çoxalır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…