Prokurorluq Depardyenin şərti azadlıqdan məhrum edilməsini istəyib

Fransa prokurorluğu aktyor Jerar Depardyenin təqib ittihamı ilə şərti azadlıqdan məhrum edilməsini istəyib.

Tezadlar.az xəbər verir ki, bu barədə “France24” telekanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, ittiham tərəfi Depardye üçün 18 ay şərti həbs, həmçinin 20 min avro cərimə istəyib. Bundan başqa, prokuror sənətçinin məcburi psixoloji müalicəyə cəlb olunmasını və cinsi xarakterli cinayətlər törətmiş şəxslərin reyestrinə salınmasını istəyib.

Qeyd edək ki, Depardye iki qadına qarşı zorakılıqda ittiham olunur. İddia edilən cinsi təcavüzlər 2021-ci ildə “Yaşıl Panjurlar”ın istehsalı zamanı baş verib. Paris məhkəməsində keçirilən iclasda 76 yaşlı aktyor ittihamları rədd etsə də, səhvən qurbanlardan birinin budlarından tutduğunu etiraf edib.

ELBAR

Xəbəri paylaş

12 İyul