Əsas məzmuna keç

PROKURORLUQ QUM KARXANASINDA HƏYATINI İTİRƏN ŞƏXSLƏ BAĞLI ARAŞDIRMA APARIR

Bakının Sabunçu rayonunda qum karxanasında kranla beton lövhə arasında qalan kişi ölüb.

TEZADLAR.AZ xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidməti daxil olmuş sorğulara cavab olaraq bildirib ki, hadisə martın 26-da rayonun Nardaran kəndi ərazisindəki qum karxanasında qeydə alınıb. “1978-ci il təvəllüdlü Ədalət Hüseynovun yük qaldırıcı avtomobillə (kran) beton lövhə arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır”, – deyə məlumatda bildirilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…