Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 Oktyabr 2022 / 05:07

PUTİN KRIM TERRORUNUN MÜƏLLİFİNİN ADINI AÇIQLADI: UKRAYNA!

Krım körpüsündə terror aktını Ukrayna xüsusi xidmət orqanları təşkil etməsi barədə rəylər rəsmiləşdi və Rusiya prezidenti ünvanı da göstərdi…

Tezadlar.az “Ria Novosti”yə istinadla bildirir ki, Bu barədə Rusiya Prezidenti Vladimir Putin İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə görüşündə bildirib. Sitat:  “İcraçılar və sifarişçilər Ukraynanın xüsusi xidmət orqanlarıdır”. Vladimir Putin baş verən hadisəni terror aktı adlandırıb.

Rusiyanın bu terror aktına cavabı nə olacaq, hələki bilinmir. Amma Putinin çıxışından bəlli olur ki, cavab addımları sərt ola bilər. Çünki Rusiyanı Krımla birləşdirən yeganə körpü və yol sıradan çıxarılıb.

A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!