Əsas məzmuna keç

PUTİN VƏ LUKAŞENKO NÖVBƏTİ DANIŞIQLARDA SÜLH PLANINI MÜZAKİRƏ EDƏ BİLƏRLƏR

Rusiya prezidenti Vladimir Putin və onun belaruslu həmkarı Aleksandr Lukaşenko aprelin 5-də keçiriləcək görüşdə Ukraynadakı münaqişənin həlli ilə bağlı təşəbbüsləri müzakirə edə bilərlər.

Tezadlar.az bildirir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, ikitərəfli münasibətlər gündəmin əsas prioriteti olacaq. Liderlər düşmən mühit və təhlükəsizlik məsələlərinə də toxunacaqlar.

“Söhbət ilk növbədə ikitərəfli münasibətlərdən gedirdi. Bundan əlavə, əlbəttə ki, bu, bizim üçün çox, çox düşmən mühitlə bağlı təhlükəsizlik məsələləri ilə bağlı ümumi narahatlıqdır. Bütün bunlar gündəmdə olacaq”, – Peskov bildirib.

O qeyd edib ki, Putin və Lukaşenko sülh planını müzakirə edə bilərlər. Amma bu barədə Belarus prezidenti məlumat verəcək.

Xatırladaq ki, aprelin 6-da İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclası keçiriləcək.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…