Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 May 2022 / 05:31

PUTİNİN SƏHHƏTİ PİSLƏŞİB?- LAVROVDAN TƏKZİB

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin səhhətinin pis olması ilə bağlı məlumatları təkzib edən müsahibə verib…

Tezadlar.az CNN-TÜRK-ə istinadla xəbər verir ki, Lavrov Fransanın “TF1” televiziya kanalına müsahibəsində belə deyib. Sitat: “Prezident Vladimir Putin hər gün ictimaiyyət qarşısına çıxır. Siz onu ekranlarda izləyə, çıxışlarını oxuya və dinləyə bilərsiniz. Düşünmürəm ki, ağlı başında olan adamlar bu insanda hansısa xəstəlik və ya onun əlamətlərini görə bilsinlər. Bunlar yalan məlumatdır, məqsədli yayılır…”.

Son vaxtlar Avropa mediasında da Putinin səhhətinin qənaətbəxş olmaması və əsəbi hallar keçirməsi haqda məlumatlar yer almaqdadır… Bu da təbiidir. Ukraynanı 72 saata ələ keçirəcəyini deyən Putinin ordusu 3 aydan çoxdur böyük itkilər verməkdə davam edir…

A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!