Əsas məzmuna keç

PUTİN DONBASDA MÜHARİBƏNİ KİMİN BAŞLATDIĞINI AÇIQLADI

Donbasdakı münaqişə Ukrayna hökuməti tərəfindən dövlət çevrilişi nəticəsində yaranıb.

Bu barədə Rusiya prezidenti Vladimir Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının iclasında bildirib.

“Axı, müharibəni biz yox, 2014-cü ildə Ukraynada baş verən dövlət çevrilişindən sonra o vaxtkı Ukrayna hakimiyyəti başlayıb”, – deyə Vladimir Putin bildirib.

Prezident qeyd edib ki, dövlət çevrilişinin köməyi ilə gələn Ukrayna hökuməti Donbasda vətəndaşların iradəsini boğmaq üçün münaqişəyə start verib və Rusiyanın sadəcə olaraq xüsusi əməliyyat keçirməkdən başqa yolu qalmayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…