Putin Gürcüstanın işğal altında olan Abxaziya və Cxinvali sakinlərini Rusiyalaşdırır

Oxunma sayı: 313

Rusiya Prezidenti Vladimir Putin, işğal olunmuş Abxaziya və Cxinvali bölgələrinin sakinləri üçün Rusiyanın vətəndaşlığını almağı asanlaşdıran fərmanı imzalayıb. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiyanın “Ria Novosti” agentliyi məlumat yayıb. Fərmana əsasən, Abxaziya və Cxinvali sakinləri Rusiyanın vətəndaşlığını əldə etmək üçün artıq rus dili və Rusiya tarixini bilmək məcburiyyətində olmayacaqlar. Sitat: “Bu dəyişiklik, region sakinlərinə Rusiyanın vətəndaşlığını almaq prosesini asanlaşdırır. Yeni qaydalara görə, Abxaziya və Cxinvali sakinləri vətəndaşlıq üçün ərizəni yerli Rusiya “diplomatik nümayəndəliklərinə” təqdim edə biləcəklər. Bununla yanaşı, artıq Rusiyada yaşayan şəxslər, yaşadıqları yerə uyğun olaraq, Rusiyanın Daxili İşlər Nazirliyinin yerli orqanlarına müraciət edərək vətəndaşlıq almağa davam edə bilərlər. Bu addım, Rusiya tərəfindən işğal olunan bölgələrdəki əhalinin vətəndaşlıq prosesinə əlavə asanlıq gətirir”.

Xəbəri paylaş

22 İyun