Rusiya Prezidenti Vladimir Putin hərbi sirri yayan məlumat paylaşıb. Məlum olur ki, ölkədə canlı qüvvə sarıdan problemlər yaşanır və köməyə Şimali Koreya hərbçiləri çatıb. O, Şimali Koreya lideri Kim Çen İnə və Koreya Xalq Ordusunun bölmələrinə Kursk vilayətinin Ukrayna qoşunlarından azad edilməsində göstərdikləri köməyə görə minnətdarlığını bildirib. Tezadlıar.az “Ria Novosti”yə istinadla bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Şimali Koreya ordu hissələri “Kiyev rejiminin neonasist birləşmələrinin” məğlubiyyətinə səbəb olan Kursk döyüşündə fəal rol oynayıb. Sitat: “Koreyalı dostlar həmrəylik, ədalət və həqiqi yoldaşlıq hissindən çıxış etdilər. Bunu yüksək qiymətləndiririk və şəxsən yoldaş Kim Çen İnə, KXDR-in bütün rəhbərliyinə və xalqına səmimi minnətdarlığımızı bildiririk. Rus əsgərləri ilə çiyin-çiyinə vətənimizi öz vətəni kimi müdafiə edən koreyalı əsgərlərin qəhrəmanlığına, yüksək səviyyəli xüsusi hazırlığına və fədakarlığına hörmətlə yanaşırıq”.
Onun sözlərinə görə, Şimali Koreya əsgərləri beynəlxalq hüquq normalarına tam uyğun və Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası arasında 2024-cü il iyunun 19-da imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqaviləyə uyğun hərəkət ediblər.
Beləliklə, Rusiya ordusundakı canlı qüvvə sarıdan problemlər yaşandığı rəsmən təsdiqləndi.
A.Məmmədli