Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp bildirib ki, iki həftə əvvəl Rusiya prezidenti Vladimir Putin ondan Ukraynada müharibənin həllinə kömək etməsini xahiş edib. Tezadlar.az Reuters-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Trampın sözlərinə görə, telefon danışığı zamanı Putin etiraf edib ki, artıq 10 ildir müharibəni dayandırmağa çalışır, lakin buna nail ola bilmir: “İki həftə əvvəl onunla danışdım və o mənə dedi: ‘Biz 10 ildir bu müharibəni həll etməyə çalışırıq. Bunu bacarmadıq. Siz həll edin’,” – deyə Tramp bildirib.
ABŞ prezidentinin iddiasına əsasən, o, bir neçə bu kimi məsələləri BMT-nin köməyi olmadan, cəmi bir saat ərzində həll edə bilib.