Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu il Rusiya Federasiyasının məhkəmələri ölkə sakinlərinin əmək haqqı ilə bağlı tələblərinin 95%-ni təmin edib.
Bu barədə Rusiya prezidenti Vladimir Putin noyabrın 29-da Ümumrusiya Hakimlər Konqresində çıxışında deyib.
Əmək haqqı ilə yanaşı, məhkəmələr işə bərpa ilə bağlı iddiaların 53%-də, istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı işlərdə isə 84%-də müsbət qərar verib. Dövlət başçısı ədalətin sosial yönümlülüyünə bundan sonra da xüsusi diqqət yetirməyə çağırıb.
V.Putin çıxışında onu da bildirib ki, Rusiya vətəndaşları ölkə Konstitusiyası ilə təmin edilmiş toxunulmaz hüquq və azadlıqlara malik olmalıdırlar.
Bundan əlavə, prezident Rusiya ədalət mühakiməsinin effektivliyini və onun əlçatanlığını artırmağa, o cümlədən Rusiyanın dörd yeni regionunun strukturlarını ən qısa zamanda məhkəmə sisteminə inteqrasiya etməyə çağırıb.
E.ŞİRİNOV