Putin Trampın elçisi ilə 3 saatlıq görüşündə nələri müzakirə edib?

Oxunma sayı: 350

Ötən gün Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında üç saat davam edən görüş konstruktiv və faydalı olub. Tezadlar.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. O, Rusiya ilə ABŞ arasında Ukrayna böhranı ilə bağlı mövqelərin yaxınlaşdırılması və birbaşa danışıqların bərpası məsələlərinin müzakirə olunduğunu bildirib. Uşakov, görüşün “konstruktiv və çox faydalı” olduğunu və bir sıra məsələlərdə “Rusiya ilə ABŞ-ın mövqelərini daha da yaxınlaşdırmağa imkan yaratdığını” qeyd edib. Müzakirələrin əsas mövzularından biri, Rusiya və Ukrayna nümayəndələri arasında birbaşa danışıqların bərpasının mümkünlüyü olub. Bu, Ukrayna böhranının sülh yolu ilə nizamlanması istiqamətində atılan addım kimi qiymətləndirilir. Qeyd edək ki, bu, Stiven Uitkoffun Moskvaya etdiyi dördüncü səfəridir. Bildirilir ki, ABŞ-ın məqsədi Ukraynada sülhün təmin edilməsi və münaqişənin diplomatik yolla həllinə nail olmaqdır.

Xəbəri paylaş