Əsas məzmuna keç

Putin Trampla görüşünün təxirə salınmasından danışıb

ABŞ prezidenti Donald Trampın şərhləri, ehtimal ki, Budapeşt görüşün təxirə salınmasına işarədir.

Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

“İndi görürəm ki, bu bəyanatdan sonra ABŞ prezidenti bu görüşü ləğv etmək və ya təxirə salmaq qərarına gəlib. Çox güman ki, təxirə salınacaq”, – dövlət başçısı jurnalistlərə deyib.

Bundan əvvəl Tramp Rusiya prezidenti ilə Budapeştdə keçirəcəyi görüşü ləğv edib. Ağ Ev rəhbəri arzuladıqları məqsədə çata bilməyəcəkləri təəssüratının olduğunu bildirib, lakin gələcəkdə görüşəcəklərini əlavə edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…