20 Avqust 2026 / 11:22

Putini tənqid etdiyinə görə həbs edilib və…

…Arseni Turbin 18 yaşını Permdəki 5 saylı istintaq təcridxanasında təkadamlıq kamerada keçirir. Tezadlar.az Azadlıq Radiosuna istinadla bildirir ki, ona fevralda yeni ittihamlar hazırlandığından oraya köçürülüb. Turbin 2023-cü ildə, 15 yaşı olanda Rusiya prezidenti Vladimir Putini tənqid edən vərəqələr yaydığına, müxalif siyasətçilərin paylaşımlarını bölüşdüyünə görə saxlanılıb. O həm də Moskvanın Ukraynaya qarşı genişmiqyaslı işğala etiraz edirdi. Turbin onda Rusiyanın ən gənc siyasi məhbusu idi. “Vəkil onun anasına dedi: ‘İrina, narahat olmayın. O, etiraz edən 14 yaşlı uşaqdır… Onu doğrudanmı təhlükə kimi görəcəklər?’” – dostlarından biri AzadlıqRadiosunun rus xidmətinə bildirib.
Turbin isə hələ də həbsdədir…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!