Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Polşanın Krakov şəhərində yaşayan 50 yaşlı Maqdalena adlı qadının 30 il ərzində yaşadığı mənzildən kənara çıxmadığı məlum olub.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerli sakinlərin eyvanlarda və giriş hissələrdə kömək qeydləri tapmasından sonra üzə çıxıb.
Məlumata görə, qeydlərdə kömək üçün qısa yalvarışlar və bina sakinlərindən birinin qızı haqqında məlumat var idi.İlkin müdaxilələr nəticə verməsə də, sonradan yaşlı qadın qonşulara şəxsən müraciət edərək kömək istəyib. Bundan sonra sosial xidmət əməkdaşları mənzilə daxil olublar.
Xəstəxanaya çatdırıldıqdan sonra Maqdalenaya qarın boşluğunda təcili əməliyyat aparılıb. Sosial xidmət nümayəndələri qadınla əlaqənin saxlanıldığını və hazırda əsas məqsədin onun sağalmasını təmin etmək olduğunu bildiriblər.
Hadisə ilə bağlı polis və prokurorluq araşdırmaya başlayıb. İstintaq çərçivəsində qadının uzun illər ərzində laqeyd münasibətə məruz qalıb-qalmadığı araşdırılır.