Əsas məzmuna keç

QADIN OTAQ YOLDAŞINI BALTA İLƏ ÖLDÜRÜB

Leninqrad vilayətinin Çernoye kəndində 50 yaşlı qadın 63 yaşlı otaq yoldaşını balta ilə doğrayaraq öldürüb.

Tezadlar.az xəbər verir ki, hadisə avqustun 23-ü axşam saatlarında baş verib. Mənbənin sözlərinə görə, cinayət baş verən gün şübhəli şəxs kəndin ətrafında qaçaraq otaq yoldaşını öldürdüyünü qışqırıb.

“Kişinin meyitinin tapıldığı evdə barmaq izləri olan iki balta və səkkiz şüşə aşkar edilib”, – həmsöhbət paylaşıb.

İlkin məlumata görə, qətlə səbəb həmin şəxsin saxlanılan şəxsə içki içməyi qadağan etməsi ola bilər.

Qadına qarşı “Qətl” maddəsi ilə cinayət işi açılıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…