Hindistanlı qadın polisin ona aid olduğu güman edilən qalıqları tapmasından 5 il sonra sağ çıxıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Hindustan Times” yazır.
İki ildən artıqdır ki, öldüyü güman edilən Karnataka ştatının Kuşalnaqar sakini Mallic “dirildilib” və aprelin 3-də məhkəmə qarşısına çıxıb. Hindistanlı qadın 2020-ci ildə itkin düşüb. İtkin düşəndən bir müddət sonra polis qadın qalıqlarını Bettadapur şəhəri yaxınlığında tapıb. Müstəntiqlər və məhkəmə-tibb ekspertləri onların Mallicə aid olduğu qənaətinə gəliblər. Onun əri Sureş qətldə şübhəli bilinib. Daha sonra məhkəmə onu arvadını öldürməkdə və cəsədini məhv etməkdə təqsirli bilib. Adam həbs cəzasına məhkum edilib və iki il dəmir barmaqlıqlar arxasında qalıb.
2025-ci il aprelin 1-də Sureşin vəkili Pandu Pujari Mallici başqa bir adamın yanında diri-diri gördüyü videoya rast gəlib. Pujari video görüntüləri məhkəməyə təqdim edib. Müstəntiqlər qadını taparaq məhkəmə iclasına gətirə biliblər. Mallicin “dirilməsi” ilə Sureşin günahı ilə bağlı fərziyə dağılıb. İndi istintaq tapılan qalıqların ekspertizasının nəticələrinə baxmalı və onların əslində kimə məxsus olduğunu müəyyən etməlidir.
Sureşin azad edilib-edilməməsi ilə bağlı hələlik məlumat yoxdur.
ELBAR