Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qaqauziya sakinləri səhər saatlarında muxtariyyət rəhbəri Yevgeniya Qutsulu məhkəmədə dəstəkləmək üçün Kişinyova yollanır, Moldova hakimiyyəti isə regionun blokadasını təşkil etməyə çalışır.
Tezadlar.az xəbər verir ki, bunu TASS-a parlamentin deputatı, müxalifət partiyalarının “Pobeda” blokunun fəallarından biri Vasili Bolya deyib.
“Qaqauziya sakinləri səhər tezdən maşınlarına minib Kişinyova getdilər, baxmayaraq ki, səlahiyyətlilər bütün bölgəni tamamilə bağlamağa çalışırlar ki, heç kim getməsin. Hətta təcili yardım maşınlarının Komratdan (Qaqauziyanın paytaxtı – TASS) çıxmasına icazə verilmir. Onlar yalnız Cahula yolu buraxdılar – bu, Qaqauziyanın cənubundakı bir bələdiyyədir, oradan isə ancaq Ukrayna və ya Rumıniyaya çıxış var”, – o, MDB-yə üzv dövlətlərin Beynəlxalq İqtisadi Forumu çərçivəsində deyib.
ELBAR