2 Avqust 2026 / 08:35

“Qara Tofiq” dünyasını dəyişib…

Azərbaycan xalq hərəkatında öz imzası olan, Tovuzun sabiq icra başçısı, “Qara Tofiq” kimi tanınan Tofiq Hüseynov dünyasını dəyişib… Professor Qulu Məhərrəmli sosial media hesabında yazır: “Acı xəbərlər ard-arda gəlir… Son dövr tariximizin daha bir əfsanəsi, Azərbaycan xalq hərəkatının fədailərindən və müstəqil dövlət quruculuğunun fədakarlarından olan, uzun illər qürbətdə yaşamış Tofiq Hüseynov (“qara Tofiq”) vəfat edib. Hamı onu cəsur, əsl qəhrəman, ağırtəbiətli siyasətçi, dürüst və sözübütöv bir şəxsiyyət kimi tanıyırdı. Həyatı və ləyaqətli mübarizəsi ilə çoxlarına vətənsevərlik nümunəsi olan Tofiq bəy İçində özü boyda bir Azərbaycan gəzdirirdi. Tanıyanların yaddaşında bir işıq kimi qalacaq Tofiq bəy… Ruhu şad olsun!”.
Səbuhi
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!