Əsas məzmuna keç

“Qara Tofiq” Şəmkirdə dəfn olundu- FOTOLAR

Sabiq icra başçısı və keçmiş nazir Tofiq Hüseynov doğulduğu kənddə torpağa tapşırıldı. Politoloq Rüfət Muradlı yazır: “…Elçibəy hökumətinin həyatının sonunadək Yoluna və Yolbayına sədaqətini itirməyən daha bir ləyaqətli üzvü – zamanın eniş yoxuşlarından başı uca çıxmış, sarsılmaz və ərdəmli bir Türk kişisi haqqa qovuşdu. “Qara Tofiq” kimi məşhur olan Tofiq Hüseynov avqustun 2-də doğuluğu Şəmkirin Qovlar kəndində üçrəngli bayrağımızla örtülən doğma torpağa tapşırıldı. Tanrıdan rəhmət diləyirəm! Xatirəsi hər zaman əziz olacaq…”.

Allah rəhmət eləsin!

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın