Ötən gecə saatlarında “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda doğma meydanda “Çelsi” (İngiltərə) ilə qarşılaşdı. Tezadlar.az xatırladır ki, T.Bəhramov adına Respublika stadionunda reallaşan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı londonlular açıblar. 17-ci dəqiqədə Estevan Villian fərqlənib. Ardınca “köhlən atlar” iki qol vurublar. 29-cu dəqiqədə Leandro Andrade tablodakı rəqəmləri eyniləşdirib. 10 dəqiqə sonra isə Marko Yankoviç əllə oyuna görə təyin olunan penalti zərbəsini qola çevirib. İkinci hissədə “zadəganlar” məğlubiyyətdən xilas olublar. Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb. Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 7-ə çatdırıblar. Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv V turda, noyabrın 25-də səfərdə İtaliyanın “Napoli” kollektivinin qonağı olacaq.
Komandamıza uğurlar arzu edirik.







