31 Oktyabr 2025 / 21:01

“Qarabağ” “İmişli”ni məğlub edərək liderliyini möhkəmləndirdi

“Qarabağ” Misli Premyer Liqasının X turunda “İmişli”yə qalib gəlib.

Tezadlar.az-ın məlumatına görə, “Azərsun Arena”da keçirilən qarşılaşma Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın 2:0 hesablı qələbəsi ilə bitib.

Qolları Abdullah Zubir (52) və Emanuel Addai (82) vurublar.

Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 20 xalla birinci pillədə qərarlaşıb. “İmişli” 12 xalla yeddincidir.

Qeyd edək ki, X tura noyabrın 2-də yekun vurulacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!