Əsas məzmuna keç

“Qarabağ” Kevin Yakobu transfer siyahısına saldı

“Qarabağ” heyətini yeni yarımmüdafiəçi ilə gücləndirmək istəyir.

Tezadlar.az xəbər verir ki, Danimarkanın “Orhus” klubunun yarımmüdafiəçisi Kevin Yakob “Qarabağ”ın diqqətini çəkib.

“Kevin klubda xoşbəxtdir və bu mövsüm yaxşı çıxış edib. Bir neçə klubdan maraq var, amma bütün tərəflərə hörmət etdiyim üçün adlarını çəkə bilmərəm”, – deyə oyunçunun agenti açıqlama verib.

Qeyd edək ki, 25 yaşlı futbolçunun “Orhus” klubu ilə 2027-ci ilin yayına qədər müqaviləsi var. O, bu mövsüm 18 oyunda bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Kevin Yakob 2023-cü ildə İraq millisinin heyətində debüt edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…