Hüquq-mühafizə orqanlarının əməkdaşları Krasnodar diyarında iş adamı Arsen Nadjaryanın qətlinin icraçısını və sifarişçisini saxlayıb. Məhkəmə onları həbs edib.
Tezadlar.az xəbər verir ki, bu barədə regional İstintaq Komitəsi məlumat yayıb.
“Onlar muzdlu adam öldürmə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “3” bəndi) və muzdla adam öldürməyə təhrik və köməklikdə (33-cü maddənin 4, 5-ci hissələri, RF CM-nin 105-ci maddəsinin 2-ci hissəsinin “z” bəndi) ittiham olunurlar”, – deyə məlumatda bildirilir.
“112” Telegram kanalının məlumatına görə, qətlə yetirilən iş adamı kriminal aləmlə və “razborka”larla sıx əlaqədə olub.
İstintaq müəyyən edib ki, aprel ayında Dzeberköy kəndinin 46 yaşlı sakini münaqişə zəminində qonşusunu öldürmək qərarına gəlib. Bunun üçün o, cinayəti törətmək üçün avtomobil vəd edərək 44 yaşlı tanışına müraciət edib. Qatil razılaşıb və sifarişçi ona silah verib.
Aprelin 11-də cinayəti törədən şəxs kimyəvi qoruyucu geyimdə iş adamının evinə girərək onu güllələyib.
ELBAR