Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin satışında təqsirli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı Elşən Ağayev və 30 yaşlı Sadiq Hətəmli saxlanılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Onlardan narkotik vasitə olan marixuana aşkarlanıb.
Davam etdirilən tədbirlərlə S.Hətəmlinin rayonun Aşağı Malax kəndindəki meşə massivində kultivasiya edərək yetişdirdiyi çətənə kolları və satış məqsədilə saxladığı 2 kiloqramdan artıq marixuana aşkar olunub.
R.XUDATQIZI