Qaxın rüşvətlə tutulan icra başçısından elə şeylər danışaram…

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində ümumilikdə 9 nəfər saxlanılıb. “Tezadlar.az” xəbər verir ki, icra başçısı Musa Şəkiliyevlə yanaşı, onun birinci müavini Elbrus Tağıyev, İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov da saxlanılanlar arasındadır. Onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar.

XXX

Bu gün Qaxdan olan şikayətçilər cuşə gəliblər və Şəkiliyev barədə dəhşət dolu əfsanələr danışır, yazırlar. Belə şikayətlərdən bir neçəsi “Təzadlar”a daxil olub. Lakin Şəkiliyevin həbsi ilə bağlı istintaq getdiyindən bunu saxlayırıq sonraya…

XXD

Kişinin inəyi oğurlanır, gedir Şeyxin yanına ki, bir bahalı dua yaz, oğru tez cəzalansın, inək də geri qayıtsın. Şeyx haqqını alıb duanı yazır, kişiyə deyir, get gözlə, inək qayıdacaq, oğru sərt cəzalandırılacaq… Kişi bir həftə sonra yenidən qayıdır şeyxin yanına, deyir, qurban olum, nə inək qayıtdı, nə oğru cəzalandı, əlac elə… Şeyx deyir, kişi, Allah göydən baxır, oğrunu tezliklə küllü- küf edəcək, inək də qayıdacaq, bir səbr elə… Kişi dözmür, deyir, şeyx, qurban olum, səbrə vaxt yoxdur, uşaqlar acından ölür… Bəs yaxşı, doğrudanmı başına döndüyüm yuxarıdan hər şeyi görür və oğrunu dərhal cəzalandıracaq? Şeyx əsəbləşir: -Əlbəttə! Kişi, şəkk eləmə, elədir! Kişi qayıdır ki, şeyx, balalarım sənə qurban, başına döndüyüm hər şeyi yuxarıdan görürsə və inəyimi qaytarlb vermirsə, belə çıxır ki, oğru ilə əlbirdir??? Şeyx həyəcanla: -Kişi, axmaqlama, qulağını bəri gətir, başına döndüyümdən elə şeylər danışaram, ayağının altından yer qaçar… Get başqa işlərlə məşğul ol… 🤣🤣🤣 bu icra başçısından elə şeylər danışırlar, adam deməyə utanır…

A.Məmmədli

Xəbəri paylaş

20 İyul