Əsas məzmuna keç

QAZAXISTAN BYİB-DƏN 345,7 MİLYON AVRO KREDİT GÖTÜRÜR – İQTİSADİYYATIN BƏRPASI ÜÇÜN

Bu gün qazaxıstanlı deputatlar Qazaxıstanla Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) arasındakı kreditlə bağlı müqavilənin təsdiq edilməsi haqqında qanun layihəsini qəbul ediblər.

Bu, Covid-19 pandemiyasından sonra ölkə  iqtisadiyyatının bərpasına yönəldiləcək.

Qazaxıstanın maliyyə naziri Yerulan Jamaubaev bildirib ki, kredit vəsaiti respublika büdcəsinin kəsirini maliyyələşdirməyə və sosial-iqtisadi vəziyyətin anti -koronavirus tədbirləri çərçivəsindəki sabitliyin dayanıqlığını təmin etmək məqsədi daşıyan tədbirlər toplusuna sərf olunacaq.

” BYİB  345,7 milyon avro məbləğində olan krediti Qazaxıstana 2,5 illik güzəşt müddəti də daxil olmaqla 11,5 il müddətinə verilir”, – deyə nazir açıqlayıb.

Saziş vahid tranş şəklində qüvvəyə mindikdən sonra kredit vəsaiti ayrılacaq.

 Parlamentin qəbul etdiyi qanun layihəsini Qazaxıstan prezidenti imzayacaq.

JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…