Əsas məzmuna keç

Qazaxıstanda hərbi dəniz təlimi zamanı 12 əsgər həlak olub

Qazaxıstanın Xəzər dənizi sahillərində keçirilən hərbi dəniz təlimi zamanı dənizə atılan 19 əsgərdən 12-si vəfat edib. 25 sentyabr həlak olan əsgərlər üçün “ümummilli matəm günü” elan edilib.

Qazaxıstanın Aktau sahillərindən təxminən 43 kilometr aralıda dəniz bölmələrinin iştirak etdiyi təlim zamanı baş verən qəzada ölənlərin sayı artıb.

Tezadlar.az xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyi qəfil pisləşən hava şəraiti və güclü külək səbəbindən 19 əsgərin dənizə atıldığı hadisədə ölənlərin sayının 12-yə çatdığını açıqlayıb.

Açıqlamada əlavə edilib ki, axtarış-xilasetmə əməliyyatları zamanı üç əsgər xilas edilib və daha iki əsgərin xilas edilməsi üçün səylər davam edir.

“Milli matəm günü” elan edilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Manqistau bölgəsində keçirilən hərbi təlim zamanı hadisədə həyatını itirən əsgərlər üçün 25 sentyabr tarixinin “ümummilli matəm günü” elan edilməsi haqqında fərman imzalayıb.

Tokayev hadisədə həlak olan əsgərlərin ailələrinə və yaxınlarına başsağlığı verib və hökumətə hadisənin bütün aspektlərini araşdırmağı və mərhum əsgərlərin ailələrinə dəstək vermək üçün bütün lazımi tədbirləri görməyi tapşırıb.

Hadisədən sonra Qazaxıstanın Baş naziri Oljas Bektenovun tapşırığı ilə faciənin səbəblərini araşdırmaq üçün hökumət komissiyası yaradılıb.

Baş nazir Bektenov komissiyaya sədrlik edən Baş nazirin müavini Kanat Bozumbayevə əsgərlərin ölüm səbəblərini hərtərəfli araşdırmaq və həlak olanların ailələrinə lazımi dəstəyi göstərmək üçün dərhal hadisə yerinə getməyi tapşırıb.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…