Qazaxıstanda məktəblərdə hicab qadağası 2016-cı ildən var. Ona görə maraqlı idi ki, vəziyyət necədir. Məsələlər biz və Orta Asiyada sinxron gedir. +-2-3 il fərqlə.
Qadağa təhsil nazirinin əmri ilə tətbiq edilib. Tək dövlət deyil, həm də özəl məktəblərə aiddir. Amma ciddi olaraq 2023-cü ildən üstünə düşüblər.
2023-cü ildən bəri yüzlərlə qız hicaba görə məktəbə gedə bilmir. Düzdür, məhkəmələr bir çox hallarda nə oralıq, nə buralıq qərarlar çıxarırdı: “dünyəvi qaydaya riayət edilməlidir, amma məktəb sırf geyimə görə uşağı təhsildən məhrum edə bilməz”.
Ali Məhkəmənin 2024-cü ildə bir qəribə qərarı oldu. Ali Məhkəmə uşağın dərsə buraxılmamasını konstitusion pozuntu hesab etdi, amma nazirin əmrini ləğv etmədi. Hicabla məktəbə getmək də bu işin predmeti deyildi. Ona da fikir bildirməyib .
Yəni məhkəmə deyir ki, nazirlik məktəbli forması tətbiq edə bilər, valideyn və şagirdlər tabe olmalıdırlar, amma tabe olmasalar hicab şagirdin məktəbə buraxılmaması üçün kifayət deyil.
2025-ci ildə məsələ BMT İnsan haqları şurasının xüsusi proseduruna da girib. Kommunikasiya olub, necəsə yola veriblər.
Keçən həftə isə nazir dedi ki, əgər ÖZƏL məktəblər bu qaydaya riayət etməsələr, onların lisenziyası ləğv ediləcək.
Qazaxıstan müsəlmanları idarəsi də əvvəl kompromiss olaraq qədimdən olan rəngli yaylıqları təklif edib, sonra bəyənatı saytdan silib.
Orda həm də deyib ki, cinsi yetkinlik yaşına çatanlar üçün hicab məcburidir. Yəni lap balaca qızlar üçün hicab məcburi deyil.
Növbəti postda Özbəkistanla bağlı yazacam.
Fuad EMİNOV






