Əsas məzmuna keç

“Qəbələ”nin qış fasiləsində ikinci transferi açıqlandı

“Qəbələ”qış fasiləsində ikinci transferini reallaşdırıb.

Tezadlar.az xəbər verir ki, Klubdan verilən məlumata görə, “qırmızı-qaralar” nigeriyalı hücumçu İsmaheel Akinade ilə anlaşıb.

31 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.

Karyerasına İrlandiyanın “Brey Uonderers” komandasında başlayan futbolçu daha sonra bu ölkədə “Boqemians” və “Uoterford” kimi klublarda çıxış edib.

Son klubu Özbəkistan Super Liqa təmsilçisi “Andijon” olan forvard bu komanda ilə çempionatda keçirdiyi 12 oyunda 2 qol və 1 məhuldar ötürmə ilə yadda qalıb. Akinade həmçinin “Andijon”un heyətində Asiya Çempionlar Liqasında da 6 matçda iştirak edib və 1 dəfə fərqlənib.

Qeyd edək ki, “Qəbələ” qış fasiləsində daha əvvəl müdafiəçi Seydina Keyta ilə də müqavilə bağlayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…