Əsas məzmuna keç

Qəbiristanlıqdan çələng oğurlayan kişi və qadın həbs edilib

Sankt-Peterburqda hüquq-mühafizə orqanlarının əməkdaşları martın 8-də Piskarevskoye qəbiristanlığından əklil oğurlayan kişi və qadını saxlayıb.

Tezadlar.az bu barədə REN TV-yə istinadən xəbər verir.

Məlumata görə, qanun pozucuları 12 buket oğurlayaraq maşına qoyub və yoxa çıxıblar.

“Əklil oğurlayanların Sankt-Peterburqda yaşayan 39 yaşlı kişi və 27 yaşlı qadın olduğu ortaya çıxdı”, – mənbəsi bildirib.

Faktla bağlı “Mərhumların meyitlərini və basdırılan yerləri təhqir etmə” maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxslərin motivləri araşdırılır.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…