Yanvar ayında ABŞ dövlət katibi Marko Rubio Macarıstanın xarici işlər naziri Peter Siyartoya zəng edərək ondan Avropa İttifaqının (Aİ) veto hüququ ilə Rusiyaya qarşı sanksiyalarının uzadılmasını pozmamağı xahiş edib.
Tezadlar.az bu barədə “Politico”-ya istinadən xəbər verir.
Nəşr xatırladır ki, 2025-ci ilin yanvarında Macarıstan anti-Rusiya sanksiyalarının uzadılmasına veto qoymaq niyyətində olduğunu bəyan edib. Lakin o zamankı ABŞ prezidenti Donald Tramp “gözlənilmədən Moskvanı yeni məhdudiyyətlərlə hədələdi”.
“ABŞ-ın dövlət katibi Marko Rubio Macarıstanın xarici işlər naziri Peter Siyartoya zəng edərək onu blokun sanksiyalar proqramını pozmamağa çağırıb”, – nəşr adı açıqlanmayan iki yüksək vəzifəli məmura istinadən yazır.
Nəşrin mənbələri qeyd edib ki, bu çağırış Budapeşti veto qoymaqdan, Rusiya aktivlərinin daha da dondurulmasını təmin etməkdən və ticarət embarqosunu saxlamaqdan çəkindirib.
Daha əvvəl Avropa sanksiyalarının uzadılmasına mane olacağını vəd edən Macarıstan dörd nəfərin sanksiya siyahısından çıxarılmasından sonra bu addımı təsdiqləməyə razılaşıb.
ELBAR