Qərb Hindistanın Rusiya ilə əlaqələrindən niyə narazıdır?

Oxunma sayı: 39

Qərb ölkələri Rusiya ilə Hindistanın Ukraynadakı münaqişədən sonra artan əməkdaşlığından narazıdırlar.

Tezadlar.az xəbər verir ki, bu barədə Beynəlxalq Vivekananda Fondunun direktoru Arvind Qupta lenta.ru-ya müsahibəsində danışıb.

“Münaqişə başlayandan Qərb Hindistanın Rusiyanı qınamamasından və müxtəlif anti-Rusiya manevrlərindən çəkinməsindən narazıdır. Və onlar bundan bir az incidilər”, – A.Qupta deyib.

Eyni zamanda, politoloq vurğulayıb ki, Qərb dövlətləri Rusiya-Hindistan əməkdaşlığından dolayı yolla özləri də faydalandıqları üçün bu məsələdə Nyu-Dehliyə təzyiq göstərmirlər. O, xüsusilə qeyd edib ki, Rusiyadan tədarük olunan neftin əhəmiyyətli bir hissəsi əslində Qərb ölkələrinin özlərinə axır.

“Lakin onlar da başa düşürlər ki, Hindistanın Rusiya neftini alması dünya bazarlarını sabitləşdirəcək. Unutmaq olmaz ki, Rusiya nefti də Hindistan vasitəsilə Avropaya çatır”, – politoloq qeyd edib.

Ekspert belə qənaətə gəlib ki, artan geosiyasi gərginliyi nəzərə alaraq, Hindistan Rusiya ilə Qərb arasında ehtiyatlı balansı saxlayır. O əlavə edib ki, zərurət yaranarsa, Nyu-Dehli əlaqələr qurmaq üçün vasitəçilik funksiyalarında iştirak edəcək.

ELBAR

Xəbəri paylaş