Əsas məzmuna keç

Qəzza danışıqları bu gün də davam edir

Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HAMAS arasında vasitəçilərin iştirakı ilə aparılan sülh danışıqları bu gün də davam edəcək.

Tezadlar.az xəbər verir ki, oktyabrın 6-da baş tutan görüşdə HAMAS nümayəndələri girovların azad olunması prosesi, eləcə də Qəzza zolağından İsrail ordusunun çıxarılmasının mərhələləri və vaxt cədvəli ilə bağlı öz baxışlarını ortaya qoyublar. Təşkilat, İsrailin tam atəşkəsə sadiq qalacağı və qoşunlarını bölgədən tam çıxaracağı ilə bağlı narahatlıqlarını da ifadə edib.

Bununla belə, Misir mətbuatı danışıqların ilk mərhələsinin ümumilikdə “müsbət atmosferdə” keçdiyini qeyd edir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…