Əsas məzmuna keç

Qəzza danışıqları: Türkiyə, ABŞ və Qətər nümayəndələri Misirə gəlir

Türkiyə nümayəndə heyəti hazırda Misirin Şarm əl-Şeyx şəhərində davam edən Qəzza zolağında dolayı atəşkəs danışıqlarında iştirak etməyi planlaşdırır.

“Təzadlar” xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İhbariyyə” telekanalı məlumat yayıb.

Telekanalın mənbələrinin bildirdiyinə görə, Qətər, ABŞ və Türkiyədən nümayəndə heyətləri Sinay yarımadasına gəlməkdə davam edir və onların nümayəndələri məsləhətləşmələrdə iştirak edəcək.

Türkiyə nümayəndə heyətinin tərkibi hələlik açıqlanmayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…