İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəs razılaşması qüvvəyə minib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Münaqişənin həllinin birinci mərhələsi oktyabrın 9-da elan edilib. HƏMAS-ın yaxın 72 saat ərzində bütün israilli girovları azad edəcəyi və ölənlərin cəsədlərini təhvil verəcəyi gözlənilir. Bunun müqabilində İsrail 2000 fələstinli məhbusu azad edəcək.
İsrail ordusu razılaşdırılmış xəttə çəkiləcək. KİV-in məlumatına görə, İsrail ordusu Qəzza zolağının 53%-nə nəzarəti davam etdirəcək.
E.ŞİRİNOV







