Əsas məzmuna keç

Qəzzaya yollanan türk vətəndaşları oktyabrın 4-də ölkəyə gətiriləcək

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola çıxan və İsrailin ələ keçirdiyi “Sumud” donanmasındakı vətəndaşlarının oktyabrın 4-də xüsusi təyyarə ilə ölkəyə qayıda biləcəklərini açıqlayıb.

“Təzadlar”ın məlumatına görə, XİN sözçüsü Öncü Keçeli bildirib ki, Türkiyə vətəndaşlarının ölkəyə gətirilmələri üçün müxtəlif alternativlər var:

“Hazırda mümkün variantlardan biri də onların sabah xüsusi təyyarə ilə geri gətirilmələridir”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…