Karabükdə Fuat G. (38) mübahisə əsnasında sevgilisi Gözde T. (31) tərəfindən çörək bıçağı ilə bıçaqlanıb. Şübhəli saxlanılıb və yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Tezadlar.az xəbər verir ki, hadisə saat 20:30 radələrində Fevzi Çakmak məhəlləsindəki Gül küçəsindəki birmərtəbəli ayrıca evdə baş verib. Məlumata görə, Gözde T. ilə sevgilisi Fuat G. arasında qısqanclıq zəminində mübahisə yaranıb.
Mübahisə davaya çevrilib və bu zaman Gözde T.-nin mətbəxdən iki çörək bıçağı götürərək Fuat G.-ni bədəninin müxtəlif yerlərindən bıçaqladığı iddia edilib.
Hadisə yerinə polis və tibbi qruplar göndərilib. Ağır yaralanan Fuat G. Karabük Təlim və Araşdırma Xəstəxanasına aparılıb.
Fuat G.-nin vəziyyətinin ağır olduğu bildirilib. Şübhəli Gözde T. nəzarətə alınıb və hadisə ilə bağlı istintaq davam edir.
ELBAR







