4 Aprel 2026 / 20:10

“Qızıl top”un qalmaqallı sahibi şərab asılılığı ilə gündəmdədir

Portuqaliyalı əfsanəvi futbolçu Luiş Fiqu hər gün şərab içdiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, Fiqu söyləyib:

“Mən hər gün şərab içirəm. Şampan və şərab indi daha çox həzz ala biləcəyim içkilərdir”.

O, dadlı yemək və içkilərdən həzz aldığını da etiraf edib:

“Yemədiyim tək şey qızardılmış yeməkdir. Mümkün qədər sağlam qidalanmağa çalışıram: çoxlu balıq, tərəvəz və meyvə. Həmişə demişəm ki, məşq etməyimizi və ya fədakarlıq etməyimizi dayandırmağa imkan verən bir həb icad edəcəyəm. Buyurun, bu, dünyanın ən yaxşı ixtirası olardı”.

Qanad oyunçusu 2000-ci ildə “Barselona”dan “Real”a mübahisəli keçidi ilə məşhurdur və bu transfer ona “Qızıl top”u da qazandırıb. (lent.az)

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!