Əsas məzmuna keç

QIZILCA AZYAŞLI QIZI “APARDI”…

Lənkəran rayonunda azyaşlı qız qızılcadan ölüb.

Belə ki, rayonun Veravul kənd sakini, 2018-ci il təvəllüdlü X.Qurbanlı yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə nəticəsində uşağa dəqiqləşdirilməmiş meninqoensefalit və qızılca diaqnozu qoyulub. Zəruri yardımlar göstərilsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Tezadlar.az xatırladır ki, son vaxtlar bu xəstəlikdən ölən uşaqların sayı artmaqdadır. Həkimlər bunun günahını valideynlərdə görürlər…

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…