Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində dəhşətli yol qəzası baş verdi. Hadisənin şahidi olan Tezadlar.az-ın əməkdaşı xəbər verir ki, Bakı istiqamətinə hərəkətdə olan “Hyundai” CİP avtomobili başqa bir sərnişindaşıyan mini avtobus tərəfindən arxadan vurulub və avtomobil fotoşəkildə və videoda gördüyünüz vəziyyətə düşüb.
Hadisə yerinə Təcili yardım maşını və polis əməkdaşları cəlb edildi. Xoşbəxtlikdən ölən yoxdur, amma 6 nəfər ağır yaralanıb.
Əlavə məlumat veriləcək.
https://www.facebook.com/100002726276553/videos/pcb.25769566139384242/1682504076214593








